
Şimali Atlantika Alyansı təşkilatın heç bir üzvü üçün Rusiyadan ciddi təhlükə görmür.
Newscenter.az TASS-a istinadən bildirir ki, b unu NATO-nun baş katibi Yens Stoltenberq Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib, “Rusiya hazırda Ukraynadakı münaqişə ilə çox məşğuldur. Əlbəttə, sonradan döyüşlər bitdikdən sonra Rusiya öz qüvvələrini bərpa edə bilər, lakin bu o demək deyil ki, biz NATO müttəfiqinə qarşı hər hansı bir hücum görəcəyik, çünki NATO dünyada hərbi gücün 50%-dir kollektiv müdafiə və 5-ci maddə - münaqişənin qarşısını almaq üçün növbəti müharibəyə geri sayımın başlanması fikri yanlışdır”, - deyə əlavə edib.
Anar Əliyev











































