Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis rəisinin adından yalan məlumatlar yayılıb

Polis rəisinin adından yalan məlumatlar yayılıb


Qazaxıstanın Almatı şəhər polis rəisinin adından yalan məlumatlar yayılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dələduzlar Almatı şəhər polis idarəsinin rəisi Arıstanqani Zapparovun fotosundan istifadə ediblər.

Belə ki, onlar Almatı polis rəisinin adından yalan mesajlar yayıblar.

Məlumata görə, “WhatsApp və Telegram messencerlərində naməlum şəxslər öz profillərində Almatı şəhər polis idarəsinin rəisi Arıstanqani Zapparovun fotosundan istifadə edir, vətəndaşlarla yazışır və dələduzluqla məşğul olurlar.

Mehman Mehdiyev
Xəbəri paylaş