
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qəbulda TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevan, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matrain iştirak edib.
Sevinc Mehdiyeva











































