
"Şimali Qazaxıstanın da bizim enerji resurslarına ehtiyacı var".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Rusiya prezident Vladimir Putin deyib.
Putin deyib ki, Qazaxıstanın qazla əhatəyə ehtiyacı olan bütöv regionları var və Rusiyadan qaz almaq milyardlarla dollara başa gələn yeni marşrutlar çəkməkdən daha asan və daha ucuzdur,
“İndi enerjidən danışarkən, biz təkcə Özbəkistanı qazla təmin etmirik, Şimali Qazaxıstanın da bizim enerji resurslarına ehtiyacı var”, - Vladimir Putin bildirib.
Putin deyib ki, Rusiya və Qazaxıstan çox sıx müttəfiqlik və strateji münasibətlərə malikdir:
"Ticarət və iqtisadi əlaqələr artır. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətləri var. Enerji, sənaye əməkdaşlığı və kosmos".
Mehman Mehdiyev











































