
Rusiyanın Kemerovo vilayətində ağır qəza baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə tramvayla troleybusun toqquşması nəticəsində meydana gəlib.
İlkin məlumata görə, qəza zamanı 67 nəfər xəsarət alıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.
Hadisə ilə əlaqədar olaraq əraziyə çoxlu sayda xilasedici və təcili-tibbi yardım maşınları cəlb edilib.
Mehman Mehdiyev











































