Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY 5 ayda 33 milyona yaxın sərnişin daşıyıb

THY 5 ayda 33 milyona yaxın sərnişin daşıyıb


Türk Haha Yolları (THY) sərnişin daşımada hər ötən gün uğura imza atır.

Newscenter.az şirkətə istinadən bildirir ki, cari ilin 5 aylıq dövrü ərzində THY 32,8 milyon sərnişin daşıyıb. Bildirilib ki, sərnişin sayı keçən ilin eyni dövrünə görə 5,7 faiz artıb. May ayının sonuna olan məlumata görə, THY-nin donanmasındakı təyyarələrin sayı 456 olub.

Aviaşirkətin sözügedən dövr üzrə trafik nəticələrinə görə, 2023-cü ilin may ayında 7,4 milyon olan sərnişinlərin ümumi sayı 2024-cü ilin eyni dövründə 1,7 faiz azalaraq 7,2 milyon olub.

2023-cü ilin may ayında beynəlxalq transfer sərnişinlərinin sayı 2,4 milyon olarkən, 2024-cü ilin eyni dövründə 3,6 faiz artaraq 2,5 milyona çatıb.

Natiq Orucov
Xəbəri paylaş