
Türkiyədə Fətullahçı Terror Örgütünə (FETÖ) qarşı mübarizə tədbirləri davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyatlar ölkənin 17 vilayətində həyata keçirilib.
“Çimdik-19” kod adı altında son 4 gün ərzində keçirilən əməliyyatlarda sözügedən terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 72 şübhəli şəxs saxlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, əməliyyatlar Ankara, Bingöl, Bitlis, Ədirnə, Elazığ, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Qars, Kayseri, Kırşehir, Konya, Malatya, Muğla, Sakarya və Uşakda həyata keçirilib.
Əməliyyatlar nəticəsində çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.
Anar Əliyev











































