Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TÜRKPA-ya sədrlik Azərbaycanda -Gözləntilər nədən ibarətdir?

TÜRKPA-ya sədrlik Azərbaycanda -Gözləntilər nədən ibarətdir?


"TÜRKPA ortaq Türk tarixi, mədəniyyəti, dil və vahid əlifba məsələlərilə bağlı milli qanunvericiliklərin uzlaşdırılmasında səylərini daha da artıra bilər"

Bu gün Bakıda keçirilən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclasında qəbul edilən yekun qərara əsasən bu beynəlxalq təşkilata sədrlik Türkiyədən Azərbaycana keçib. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi azərbaycanlı həmkarı Sahibə Qafarovaya təhvil verib.

Təşkilatın Azərbaycandakı sədrliyi dövründə gözləntilər nədən ibarətdir? Bu sualla Türk Dünyası məsələləri üzrə ekspert İlqar İlkinə müraciət etdik.

İlqar İlkin açıqlamasında bildirib ki, Türk Dövlətlərinin birliyinin təmin olunmasında əsas beynəlxalq qurum olan TÜRKPA-nın katibliyinin daimi əsasla Bakıda yerləşməsi 2009-cu ildən qərarlaşdırılıb:

"TÜRKPA yarandığı gündən Katiblik əsas fəaliyyətini Bakı şəhərində aparır, sədirlik isə rotasiya qaydasında əlifba sırasına görə üzv olan Türk dövlətlərinə verilir. Hesab edirəm, bu ən doğru yanaşmadır ki, üzv dövlətlər hər biri bərabərhüquqlu üzv kimi eyni hüquqlara malikdir. Bu gün artıq bu beynəlxalq təşkilatın yaranmasının 15 ili yaxınlaşır. Diqqət etsək görərik ki, Türk Birliyi ilə bağlı bütün vacib məsələlər, atılan bütün real addımlar məhz bu son 15 il ərzində baş verib. Bütün sahələrdə yaradılan qurumlar artıq Türk Dövlətləri Təşkilatı çatısı altında birləşdirilib və konsalidasiyalı bir şəkildə fəaliyyət göstərilir. Təbii ki, bu birliyin belə sürətli bir şəkildə var olmasında Azərbaycanın və onun lideri İlham Əliyevin də xüsusi təşəbbüslərinin olması qeyd olunmalıdır".

İlqar İlkin TÜRKPA-nın Türk dövlətlərilə bağlı missiyasına da toxunaraq, qeyd edib ki, qurum Türk dövlətlərinin Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, parlament diplomatiyası vasitəsilə Türk xalqlarının birliyinin təmin olunmasını əsas vəzifəsi hesab edib və son 15 ildə bu istiqamətdə uğurlu fəaliyyət göstərib.

"Hesab edirəm ki, qurum ortaq Türk tarixi, mədəniyyəti, dil və vahid əlifba məsələri ilə bağlı milli qanunvericiliklərin uzlaşdırılması və bu istiqamətdə parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirilməsi istiqamətində səylərini daha da artıracaqlar".
Xəbəri paylaş