
Qazaxıstanın Türküstan bölgəsinə səfər edən xarici turistlərin sayı ilbəil artır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu il Türküstanı 300 mindən çox turist ziyarət edib.
Bölgəyə gələn xarici turistlərin sayı 4,3 min nəfərə çatıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,1% artıb.
Son üç ildə şəhərin ümumi sahəsi 19,6 min hektardan 22,4 min hektara yüksəlib, əhalisi isə 230,2 min nəfərə çatıb.
Natiq Orucov











































