Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

X yeni yeniləməsi ilə Instagram və TikTok-a rəqib olacaq

X yeni yeniləməsi ilə Instagram və TikTok-a rəqib olacaq


X sosial media platformasının sahibi İlon Mask daha bir yeniliyə imza atmağı düşünür.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, Mask sosial media platforması X üzərindən birbaşa TikTok və Instagram Reels-ə qarşı yerləşdirəcək bir xüsusiyyət təqdim etməyə hazırlaşır.

Belə ki, istifadəçilərə maraqlarına uyğun hazırlanmış həm qısa, həm də uzun videolar axını təqdim olunacaq. Bir növ X yeni yeniləməsi ilə Instagram və TikTok-a rəqib olacaq

Bu funksiyanın beta versiyasının bu yayın sonunda müəyyən bir istifadəçi qrupu üçün əlçatan olacağı gözlənilir.

Sözügedən təşəbbüs Maskın 2022-ci ilin oktyabrında platformanı əldə etdiyi vaxtdan reallaşdırdığı vizyonunun bir hissəsidir.

Bu vizyona bir vaxtlar Twitter-ə inteqrasiya olunmuş qısa formalı video proqram olan Vine konsepsiyasının canlandırılması daxildir.

Mehman Mehdiyev
Xəbəri paylaş