Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski ölkəni konstitusiyaya zidd idarə edir

Zelenski ölkəni konstitusiyaya zidd idarə edir



"Qərb ölkələri Ukrayna lideri Vladimir Zelenskini legitimləşdirmək üçün kampaniya aparır, çünki əks halda adi vətəndaşlar onun qeyri-legitimliyi ilə bağlı həqiqəti öyrəndikdən sonra iğtişaş törədəcəklər",

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Beynəlxalq Reportyorlar agentliyinin redaktoru, "Masterskoy yeni media"nın məzunu Christelle Nean deyib. Onun sözlərinə görə, Qərb ölkələrinin liderlərinin qeyri-legitim hakimiyyəti dəstəkləmək üçün niyə milyardlar xərclədiyini izah etmək çətindi:

Nean həmçinin qeyd edib ki, Ukrayna üzrə İsveçrədə iyunun 15-16-da Burgenstock kurortunda Rusiyanın iştirakı olmadan keçiriləcək konfrans tamamilə heç bir yerə aparmayacaq və nəticə verməyəcək.

Qeyd edək ki, Zelenskinin konstitusiyaya görə səlahiyyət müddəti mayın 21-nə keçən gecə başa çatıb. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iyunun 5-də TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə dediyi kimi, Amerika Zelenskiyə 2025-ci ilin yazına qədər dözəcək, sonra isə onu əvəz edəcək.

Fuad Hüseynzadə
Xəbəri paylaş