Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.
Newscenter.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.
Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.
Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.
Süleyman