Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni bir münaqişə ocağının yaranması ABŞ-ın maraqlarına uyğun gəlmir

Yeni bir münaqişə ocağının yaranması ABŞ-ın maraqlarına uyğun gəlmir


ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti, cənab İlham Əliyevə zəng edib və bildirib ki, sülh müqaviləsini mümkün qədər tez bağlamaq lazımdır.
Görünür, rəsmi Vaşinqton proseslərin son inkişaf istiqamətindən narahatdır. Buna görə də Ağ ev admistratsiyası dövlət katibi səviyyəsində məsələyə müdaxilə etmək qərarına gəlib.
Ceyms O'Brayenin İrəvana səfərindən sonra regionda vəziyyət yenə gərgin görünür. Fransa rəsmilərinin bəyanatları, iki ölkə mətbuatında fransız sülhməramlı kontingentinin Ermənistana yerləşdirilməsi iddiasının səsləndirilməsi və ardınca Ermənistanın Fransadan CAESAR artilleriya sistemlərini sifariş etməsi vəziyyəti bir qədər də çətinləşdirib. Son hadisələr Bakı ilə yanaşı, Moskvanın da kəskin reaksiyasına səbəb olub.
Blinken isə vəziyyəti tarazlaşdırmağa çalışır. İndiki situasiyada hesab edirəm ki, Ukrayna və Yaxın Şərqdə inkişaf edən proseslərdən sonra Cənubi Qafqaz regionunda da, yeni bir münaqişə ocağının yaranması ABŞ-ın maraqlarına uyğun gəlmir.
Xəbəri paylaş