Avrasiya İqtisadi Komissiyası və MDB İcraiyyə Komitəsi iki qurumun ərazisində nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlıq qurmağı planlaşdırır,
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.
"Biz ümumi işi öhdəmizə götürmüşük və qüvvələrimizi birləşdirməklə daha böyük nəticələrə nail ola bilərik”, - deyə Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur naziri Arzıbek Kojoşev MDB İcraiyyə Komitəsinin sədri Gennadi Bessonovla görüşü zamanı bildirib.
Onlar həmçinin MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə sazişə uyğun olaraq fəaliyyət göstərən əlaqələndirici qurumların işində Avrasiya İqtisadi Komissiyasının iştirakını nəzərdən keçiriblər.
Natiq Orucov