Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran rəsmilərinin Azərbaycanda İsrail hərbi bazalarının olmasına dair fikirləri cəfəngiyatdır

İran rəsmilərinin Azərbaycanda İsrail hərbi bazalarının olmasına dair fikirləri cəfəngiyatdır


"İran rəsmilərinin Azərbaycanda İsrail hərbi bazalarının olmasına dair fikirləri cəfəngiyatdır və heç bir məntiqə əsaslanmır".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, İran zaman-zaman Azərbaycanla normal qonşuluq münasibətlərini inkişaf etdirmək əvəzinə bu kimi təxribat xarakterli addımlar ataraq Tehran-Bakı münasibətlərinə zərbə vurur:

"Bu da onlardan daha biridir. Bəzi İran rəsmilərinin guya Azərbaycanda İsrail hərbi bazasının mövcud olması və HƏMAS liderinin qisasının məhz Azərbaycandakı İsrail hərbi bazalarını vurmaqla alınacağına dair fikirləri onu deməyə əsas verir ki. Tehran hələ də öz ənənəsinə sadiqdir və İslam Respublikası Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı deyil".

Arzuman Muradlı deyib ki, Azərbaycanda nəinki İsrail, ümumiyyətlə heç bir dövlət, hətta dost-qardaş Türkiyənin belə hərbi bazası yoxdur və bunu ən yüksək səviyyədə də ifadə ediblər".

Arzuman Muradlı qeyd edib ki, əslində bu reallıq İrana da bəllidir:

"Ancaq görünür Tehran Bakı ilə münasibətləri hələ də qarşılıqlı faydalı əməkdaşlıq mühitinə daşımaq istəmir, əksinə bu və ya digər təxribatçı hərəkətlərə yol verir.

Süleyman
Xəbəri paylaş