Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində 1-ci və 2-ci mikrorayon seçiciləri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdən sonra, İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidləri - Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı Vüsal Cəsarət oğlu Muradovun və Azərbaycan Ordusunun əsgəri Kərim Rövşən oğlu Əhmədəliyevin ailələrini ziyarət etdim. Şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə yad edərək, onların Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqları bir daha vurğuladım.
Bu fədakar insanların Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağını və onların uca məqamının heç vaxt unudulmayacağını bir daha qeyd edib.
Ziyarət etdiyim şəhid ailələri, əsl Azərbaycan ailəsi kimi yüksək dəyərlərə sahib, nəcib və nümunəvi ailələrdir. Onların göstərdiyi səbir, qürur və birlik, xalqımızın gücünün və milli dəyərlərimizin sarsılmazlığının canlı sübutudur. Bu ailələrin nümayiş etdirdiyi dəyərlər məni dərindən təsirləndirdi və qürurlandırdı.
Anar Əliyev