Qazaxıstanda hərbiçilər arasında kütləvi zəhərlənmə olub
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Milli Qvardiya əsgərləri kütləvi şəkildə xəstəxanaya göndərib. Qazaxıstan Respublikası Milli Qvardiyasının “Mərkəzi” regional komandanlığının mətbuat xidməti məlumatı təsdiqləyib.
"2024-cü il avqustun 18-də Temirtau şəhərinin yoluxucu xəstəliklər xəstəxanasına 36 hərbi qulluqçu daxil olub. Onlardan 31 hərbi qulluqçu ilkin bağırsaq infeksiyası, 5 hərbçi isə kəskin respirator virus infeksiyası diaqnozu ilə qəbul edilib. Zəruri epidemiya əleyhinə tədbirlər həyata keçirilib”, - məlumatda deyilir.
Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.
Anar Əliyev