Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğda istehsalı artacaq

Buğda istehsalı artacaq


2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalında artım proqnozlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalda qeyd edilib.

Bildirilib ki, 2024/2025-ci məhsul ilində 2023/2024-cü ilə nəzərən buğda istehsalı 5 milyon ton artaraq 795 milyon ton olacağı gözlənilir.

Məcmu təklifin həcm göstəricisinin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.

Anar Əliyev

Xəbəri paylaş