Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Azərbaycana qarşı məkrli planları

Rusiyanın Azərbaycana qarşı məkrli planları


Rusiyanın Azərbaycana qarşı dost olmayan münasibəti nəzərə alınmaqla, onunla ölkəmiz arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında “Bəyannamə”-nin ratifikasiya edilb-edilməməsi haqqında bir daha düşünmək lazımdır

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Teyyub Əliyev səsləndirib. O bildirib ki, son zamanlar Rusiya Federasiyası miqrantlara qarşı siyasətini sərtləşdirmək istiqamətində ardıcıl qərarlar qəbul etmək yolunu tutub:

"Miqrantların təqvim ili ərzində Rusiyada qalma müddətinin 180 gündən 90 günə endirlməsindən sonra bu ölkəyə daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profilin yaradılmasına qərar verilib. Bu məqsədlə iyun ayının 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər. Bu dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, onların ailə üzvülərinə, beynəlxalq təşkilatların əməkdaşlarına aid edilməyəcək. Təbiidir ki, bu Rusiyanın daxili işidir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, bu siyahıda Rusiyanın strateji müttəfiq adlandırdığı Azərbaycan vətəndaşlarının adlarına rast gəlinmir və bu strateji müttəfiqlik anlayışına heç cür uyğun gəlmir".

Teyyub Əliyev qeyd edib ki, Rusiyanın ölkəmizə qarşı dost olmayan bu münasibəti, xüsusilə AZAL-a məxsus mülki təyyarənin cinayətkarcasına vurulması, zədələnmiş təyyarənin Rusiyanın yaxın hava limanlarına enməsinə icazə verilməməsi, sərnişinləri bilərəkdən ölümə sövq etmələri, baş vermiş bu cinayətdən müxtəlif uydurmalarla yayınmaq cəhdləri, bu dövlətin ölkəmizə qarşı saymazlığının, əsrlərdir davam edən düşmənçilik siyasətinin davamıdır:

"Rusiyanın ölkəmizə qarşı sərgilədiyi davranış yəqin ki, cavabsız qalmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyaya unvanladığı sərt münasibət buna sübutdur".


Anar Əliyev
Xəbəri paylaş