Türkiyənin paytaxtı Ankara şəhərində torpaq sürüşməsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə paytaxtın Polatlı səmtində qeydə alınıb.
Belə ki, adı çəkilən ərazidə yeni tikilən binaya kanalizasiya xəttinin çəkilişi zamanı çökmə baş verib. Hadisə zamanı tikintidə çalışan vir işçi həyatını itirib.
Torpaq sürüşməsi zamanı itkin düşən bir işçinin isə dağıtılar altında axtarışları davam edir.
Anar Əliyev