Bu il fevralın 1-dən Qazaxıstanda elektrik enerjisinin qiyməti arta bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, qurum elektrik enerjisinin yuxarı tariflərini təsdiq etmək niyyətindədir.
Belə ki, elektrik enerjisinin dəyəri hər kVt/saata görə təxminən 2 tenge (3 sent) arta bilər.
Bildirilib ki, elektrik enerjisinin qiymətinin qaldırılmasında əsas məqsəd istehsalatda çalışan mütəxəssislərin maaşlarının artırılmasıdır. Ötən il orta əmək haqqı 18% artaraq 425 min tenge təşkil edib. Bu il maaşların orta hesabla 490 min tenge artırılması planlaşdırılır.
Mehman Mehdiyev