Ötən il Qazaxıstanda qara bazardan 36 milyard tenge dəyərində narkotik vasitə müsadirə edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən il 31 beynəlxalq və 27 regional dərman təchizatı kanalı və 32 gizli laboratoriya ləğv edilib.
Qanunsuz dövriyyədən 3 tondan artıq narkotik vasitə və psixotrop maddələr, 4,5 ton xaşxaş samanı xammalı, "sintetika" istehsalında istifadə olunan 18 tondan çox kimyəvi reagent çıxarılıb.
Anar Əliyev