Nüfuzlu siqaret şirkəti siqaretdən həlak olan şəxsin yaxınlarına təzminat ödəyəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Ankara Regional Ədliyyə Məhkəməsi qərar qəbul edib. Belə ki, məhkəmənin qərarına əsasən, uzun illər istifadə etdiyi siqaretlərin tərkibindəki zəhərli maddələr səbəbindən xroniki ağciyər xəstəliyindən dünyasını dəyişən şəxsin qızına 500 min lirə mənəvi təzminat ödəyəcək.
İş materiallarına görə, vəkil Senem Ülküm Yılmazelin atası Adnan Yılmazel 2017-ci ildə “KOAH” (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) səbəbindən dünyasını dəyişib.
Yılmazel, atasının 50 ildən çox eyni marka siqaret çəkdiyi, asılılığından qurtula bilmədiyi səbəbiylə siqaret firmasına qarşı Ankara 11-ci İstehlak Məhkəməsində 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırıb.
Birinci instansiya məhkəməsi siqaret şirkətinin iddiaçıya 10 min lirə mənəvi təzminat ödəməsinə qərar verdikdən sonra tərəflər faylı Ankara Regional Ədliyyə Məhkəməsi 3-cü Mülki Məhkəməyə aparıblar.
Mehman Mehdiyev