Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov siyasi elmlər üzrə fəlsəfə doktoru, Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvü, politoloq Asif Usubəliyevə (Asif Adil) atası Adil Usubəliyevin vəfatı münasibətilə başsağlığı verib.
AHK mətbuat xidməti xəbər verir ki, komitə sədrinin ünvanladığı başsağlığı məktubunda deyilir:
“Hörmətli Asif müəllim,
Atanızın vəfat xəbəri bizi dərindən kədərləndirdi.
Bu ağır faciə ilə bağlı Sizə və ailə üzvlərinizə dərin hüznlə başsağlığı verir, mərhum atanızın ruhuna Uca Allahdan rəhmət diləyirik.
Allah rəhmət eləsin.
Dərin ehtiram və rəhmət hissi ilə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”