Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakü Electronics müştəriləri necə aldadır?

Bakü Electronics müştəriləri necə aldadır?


Ölkənin ən iri məişət texnikası mağazaları şəbəkələrindən şikayətlər artır. Keyfiyyətsiz məhsulların əhaliyə satılması, reklam xarakteri daşıyan yalançı endirim kampaniyaları və bu kimi nöqsanlar artıq sözügedən mağazalar çəbəkəsində adi hala çevrilib.

Kontakt Home mağazalar şəbəkəsinin ardınca, Bakü Electronics-dən də şikayətlər eşidilməyə başlayıb. Newscenter.az-ın xəbərinə görə, Murad Məmmədov adlı paytaxt sakini Bakü Electronics-də üzləşdiyi problem, mağazalar şəbəkəsinin müştəriləri necə aldatmasından gileylənib.

Şikayət müəllifi qeyd edir ki, 3 ay bundan əvvəl sözügedən mağazalar şəbəkəsindən 1000 manat nağd ödəniş etməklə paltar yuyan maşın alıb. Bundan əlavə isə müştəri"silver zəmanəti" üçün də əlavə 87 manat ödəniş edib:

"Satdıqları "Bosch" markalı maşın yararsızdır, bütün paltarları tiftikləndirir, saplarını çıxardır. Digər tərəfdən müstəqil ekspert baxışı ilə maşının outlet mal olması qənaətinə gəlmişik".

Şikayət müəllifi onu da qeyd edir ki, məhsulun yararsız olması bir tərəfə, hətta onu müştəriyə satarkən saxta endirim də tətbiq ediblər:

"Sənədlərlə sübut edəcəm. Malın qiymətini vitrində 1449 manat qoyublar, guya 550 manat endirim ediblər. Halbuki, daha sonra həm Sədərək Ticarət Mərkəzi, həm də digər mağazalar şəbəkələrində bu malın bazar satış qiymətinin heç 800 manatdan artıq olmadığını öyrəndim. Beləliklə buradan da aydın olur ki, Baku Electronic saxta, həqiqətə uyğun olmayan endirim tətbiq edərək həm istehlakcı hüquqlarımı pozub, həm də küllü miqdarda pul vəsaitimi ələ keçirib".

Murad Məmmədov daha sonra bunları qeyd edir:

"Məhsulu 87 manat verib silver zəmanət etdirmişəm. Mağazalar şəbəkəsinin "İnşaatçılar2 filialında ərizə yazdım ki, məhsul "defektdir", outlet maldır və kifayət qədər əsaslarım var. Lakin heç bir xeyri olmadı. Belə qənəatə gəldim ki, ödədiyim 87 manatı da silver zəmanət adı ilə məni aldadıb pulumu ələ keçirmək siyasətini güdüblər. İndi bunlarla yazışmağın, qarşılıqlı dialoqun heç bir xeyri olmadığı qənaətinə gəlmişəm. Mən ilk əvvəl məhkəmədən öncə aldadılmağım, pulumun Baku Elektronics tərəfindən dələduzluq yolu ilə saxta kampaniya adı altında alınması, əsası olmayan silver zəmanət güvənini verib pulumun mənimsənilməsi ilə bağlı polisə müraciət etməyi nəzərdə tuturam".

P.S.Qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq

Anar Əliyev
Xəbəri paylaş