Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təyyarə qəzası ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanılıb

Təyyarə qəzası ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanılıb


AZAL-ın təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb.

Newscenter.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.

K.Əliyev vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır:

"Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır".
Xəbəri paylaş