Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Orta Asiya respublikaları arasında liderdir

Qazaxıstan Orta Asiya respublikaları arasında liderdir


Qazaxıstan Orta Asiya ölkələri arasında orta əmək haqqına görə liderdir.
MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, ötən ilin sentyabrında Qazaxıstanda orta əmək haqqı 817,2 dollar təşkil edib.
Qazaxıstanda minimum əmək haqqı Mərkəzi Asiyada da ən yüksəkdir. Ötən il 85 min tenge və ya 181,1 dollar olub. Mərkəzi Asiya regionunun digər ölkələrində isə göstəricilər xeyli aşağıdır: Özbəkistanda - 89,4 dollar, Tacikistanda - 54,9 dollar, Qırğızıstanda isə 28,3 dollar.
Həmçinin ölkələr arasında göstərici fərqinə gəlincə, Qazaxıstanda maliyyəçilərin və sığortaçıların əmək haqqı 1,7 min dolları ötür. Bu, Tacikistandan üç dəfə çoxdur. Maliyyə sektoru və dağ-mədən sənayesi Qazaxıstanda ən yüksək maaş alan sahələrdir.
Qazaxıstan, Qırğızıstan və Özbəkistanın böyük Mərkəzi Asiya ölkələrində yaşayış xərcləri Avropa ölkələri ilə müqayisədə nisbətən aşağıdır.
Xəbəri paylaş