Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

12 milyard dollarlıq ixracat həyata keçirilib

12 milyard dollarlıq ixracat həyata keçirilib


Ötən il Türkiyə Ticarət Nazirliyinə tabe olan 19 azad iqtisadi zonada 12 milyard dollarlıq ixracat həyata keçirilib.

Newscenter.az nazirliyə istinadən bildirir ki, nəticədə 4,1 milyard dollarlıq xarici ticarət müsbət saldosu yaranıb.

Ticarət Nazirliyindən verilən açıqlamada, əlavə dəyər istehsalı və ixracı mərkəzləri olan azad iqtisadi zonaların Türkiyənin istehsal gücünü, məşğulluq imkanlarını və xarici ticarət göstəricilərini gücləndirməyə davam etdiyi vurğulanıb.

"Sərbəst zonaların idxalı 2023-cü illə müqayisədə 14,8 faiz azalaraq 7,9 milyard dollar olub. Beləliklə, Ticarət Nazirliyimizə bağlı azad zonaların xarici ticarət profisiti 2023-cü ildəki 3,2 milyard dollardan 2024-cü ildə 4,1 milyard dollara yüksəlib",-deyə açıqlamada qeyd edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş