Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqlim hadisələri keçən il 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərib

İqlim hadisələri keçən il 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərib


Ekstremal iqlim hadisələri 2024-cü ildə 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərib.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qurumun yaydığı hesabatda təhsilə təsir edən ekstremal iqlim hadisələri arasında istilik dalğaları, tropik siklonlar, tufanlar, daşqınlar və quraqlıqların olduğu və bu vəziyyətin davam edən təhsil böhranını daha da dərinləşdirdiyi qeyd edilib.

Hesabatda istilik dalğalarının 2024-cü ildə məktəblərin bağlanmasına səbəb olan iqlim təhlükəsi olduğu və təkcə aprel ayında 118 milyon şagirdin bu vəziyyətdən təsirləndiyi qeyd edilib.

O da qeyd edilir ki, Cənubi Asiya regionu iqlimlə bağlı təhsil pozuntularından ən çox təsirlənən coğrafiyadır.

Hesabatda qeyd olunub ki, ekstremal iqlim hadisələrindən təsirlənən tələbələrin təxminən 74 faizi aşağı və aşağı orta gəlirli ölkələrdədir.

Hesabatda 2024-cü ilin sentyabrında İtaliyada yağan güclü yağış və daşqınların 900 mindən çox şagirdin təhsilinin kəsilməsinə səbəb olduğu, oktyabrda isə İspaniyada 13 min uşağın dərslərinin dayandırıldığı bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş