
Türkiyə Milli İstihbarat Təşkilatı kiber casuslara qarşı uğurlu əməliyyat həyata keçirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Jandarma Baş Komandanlığı və MİT-in koordinasiya etdiyi Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi tərəfindən şəxsi məlumatlarının qorunması əməliyyatında 5 şübhəli həbs edilib.
Qurumun yaydığı açıqlamada, "Milli Kəşfiyyat Təşkilatı milli kibertəhlükəsizliyi təmin etmək və strateji məlumatları qorumaq üçün kibercasusluq əməliyyatlarını davam etdirir",-deyə vurğulanır.
Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində vəkillər üçün xüsusi olaraq hazırlanmış “Avatar” və ya “Ədalət” kimi tanınan proqram təminatının yüzlərlə hüquqşünas tərəfindən istifadə edildiyi və vətəndaşların şəxsi məlumatlarının ələ keçirildiyi müəyyən edilib.
Anar Əliyev