
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesov istefa verib.
Newscenter.az Qazaxıstan Futbol Federasiyasına istinadən bildirir ki, əmək müqaviləsinə hər iki tərəfin qarşılıqlı razılığı əsasında xitam verilib.
Stanislav Çerçesov 2024-cü ilin iyununda Qazaxıstan millisinin baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında yığma komanda UEFA Millətlər Liqasında 6 oyun keçirib, Norveç yığması ilə heç-heçə edib və 1 xal qazanıb.
Hazırda futbol üzrə milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərin siyahısına baxılır.
Mehman Mehdiyev