Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT-də bir sıra ölkələrə müşahidəçi statusu veriləcək

ŞƏT-də bir sıra ölkələrə müşahidəçi statusu veriləcək


Asiyanın müxtəlif regionlarından və hətta Afrikadan olan ölkələrə Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi və dialoq üzrə tərəfdaş statusunun verilməsi məsələsinə baxılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev deyib.

O RİA Novosti-yə müsahibəsində bildirib ki, ŞƏT bütövlükdə Avrasiya təşkilatıdır, Tərəfdaş və müşahidəçi statusuna namizədlər Cənubi Asiya, Cənub-Şərqi Asiya və Qərbi Asiyada yerləşir.

Yermekbayev qeyd edib ki, bu gün müşahidəçi statusu ilə bağlı altı və dialoq üzrə tərəfdaş statusu ilə bağlı səkkiz ərizə var və onlara baxılır.

"Lakin məsələ statusda deyil, daha vacibdir ki, statusundan asılı olmayaraq həm tərəfdaşlarla, həm də müşahidəçilərlə praktiki əməkdaşlığı inkişaf etdirmək istəyirik”, - deyə Yermekbayev bildirib.


Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderlərinin təşəbbüsü ilə yaradılmış beynəlxalq təşkilatdır. Bu gün ona 10 ölkə daxildir. Hindistan, Pakistan, Belarus və İran müxtəlif vaxtlarda ona qoşulub.

Mehman Mehdiyev
Xəbəri paylaş