Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanınmış menecer məhkəmə qarşısında

Tanınmış menecer məhkəmə qarşısında


Gəzi Parkı hadisələrini planlaşdıranlardan biri olduğu səbəbilə barəsində açılan cinayət işi çərçivəsində “Türkiyə Respublikası hökumətini devirməyə cəhd və ya onun vəzifəsini yerinə yetirməsinə mane olmaq” ittihamı ilə saxlanılan tanınmış menecer Ayşe Barımın işi məhkəməyə göndərilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Taksimdə Gəzi Parkı mərkəzli hadisələrə qatıldığına dair yazılı və vizual mediada yer alan iddialarla bağlı istintaq çərçivəsində nəzarətə alınan Barımın İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki əməliyyatları tamamlanıb.

Barım səhhəti yoxlanıldıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib.

Ayşe Barımın Taksimdə Gəzi Parkı mərkəzli hadisələrə qatıldığına dair yazılı və vizual mediada yer alan iddialardan sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Barım Gəzi Parkı hadisələrini planlaşdıranlardan biri olduğu üçün "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd və ya onun öz vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə saxlanılıb.

Anar Əliyev
Xəbəri paylaş