Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Qaralovanın qara işləri

Mehriban Qaralovanın qara işləri


NewsCenter.az xəbər portalının redaksiyasına şikayət daxıl olub.

Müraciət edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızıdır. Həkim haqsızlığa məruz qaldığını bildirir, əlaqədar təşkilatlardan, ictimaiyyətdən, mediadan, dövlət rəhbərliyindən kömək istəyir.

Abşeron səhiyyəsi dedikdə nədənsə göz önünə Mehriban Qaralova gəlir. Çünki bu qadın işlədiyi müddətdə rayonda səhiyyəni elə günə salıb ki, tibbi dildə desək, hələ də fəsadları bilinir.

Elə gümanımız bizi yanıltmadı. Arzu Bədəlovanın şikayətinin əsas "qəhrəmanı" da Abşeron Rayon Səhiyyə şöbəsinin sabiq müdiri Mehriban Qaralovadır.

Arzu xanımın dediklərindən bu qənaətə gəlinir ki, o sözün əsl mənasında şərə salınıb. Bu işin başında da Mehriban Qaralova durur.

Məsələ budur ki, 2022-ci ildə bir doğuş zamanı uşaq ölümü hadisəsi baş verib. Arzu həkim deyir ki, həmin an uşağın valideynlərinə doğuşla bağlı bir problem görmədiyi üçün, ölümün səbəbini tam müəyyənləşdirmək məqsədilə təşrih, yəni meyitin yarılmasını təklif edib. Əvvəl valideynlər razı olmasalar da sonradan razılaşlblar.

Bundan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru və həmin dövr Abşeron Səhiyyə şöbəsinin müdiri olan Mehriban Qaralovaya məlumat verib.
Mehriban xanım göstəriş verib ki, dərhal hadisə haqqında prokurorluğa məlumat verin və təşrih onların iştirakı ilə aparılmalıdır. Abşeron Rayon Prokurorluğuna hadisə haqqında informasiya çatdırılıb. Lakin oradan bildirilib ki, onlara bu hadisəyə dair şikayət daxil olmayıb.

Bunun ardından, təxminən 10-15 dəqiqə sonra necə olursa da müstəntiq Faiq Sultanov zəng edərək hazırlaşıb xəstəxanaya gələcəklərini bildirirlər. Xəstəxanaya gəlib, körpənin meyitini Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə aparırlar.

Valideyn icazəsi də alınmaqla meyitə baxış keçirilib, yəni otopsiya (meyityarma) əməliyyatı olub. Prokurorluqda faktla bağlı müstəntiq Faiq Sultanovun icraatında araşdırma başlanıb.

Hadisə günü və sonrakı günlər valideynlər şikayət etməsələr də sonradan nədənsə fikirlərini dəyişərək şikayət ərizəsi yazıblar. Məlum məsələdir ki, bunu da təşkil edən Mehriban Qaralova olub. Çünki Mehriban Qaralova bu cür işlərin içində bir növ bişib, püxtələşib.

Prokurorluqla münasibətlərinin əla olması heç kimə sirr deyil. Xanımın soyadına fikir verin. Bilməyənlər üçün deyək ki, Mehriban xanım keçmiş Baş Prokuror Zakir Qaralovun doğmaca əmisi qızıdır.

Zakir Qaralovun vaxtında Abşeron rayonununda əsas fiqurlardan idi. Baxmayaraq ki, hazırda vəzifəsi xeyli kiçilib, amma indi də bəzi adamlara, sahələrə təsir edə bilir. Bu da sadə insanların, sıravi işçilərin həyatına təsirsiz ötüşmür...Qayıdaq bəhs etdiyimiz məsələyə.

Müstəntiq məhkəmə-tibbi ekspertizası təyin edib, müəmmalı günlər də bu vaxtdan başlayıb. Ekspert rəylərinə baxdıqda görürük ki, ekspertlər hazır mətnin surətini köçürdüb imza atıblar. Nöqtə-vergülünə qədər də bir-birini təkrarlayırlar.
Ekspertlər olmayan bir şeyi-ölümün göbək ciyəsinin uşağının boyun ətrafına dolanmasından baş verdiyini yazırlar, halbuki doğuş prosesində iştirak etmiş bütün tibbi heyət göbək ciyəsi dolanmasının, o cümlədən, uşağın anasının özü belə göbək ciyəsi dolanmasının olmadığı barədə dəfələrlə deyib, ifadə veriblər.

Bundan başqa, göbək ciyəsi dolanmasının qeysəriyyə əməliyyatına göstəriş olmadığı bütün tibbi ədəbiyyatlardan və protokollardan məlumdur .Lakin Arzu xanımı hadisədən iki həftə aparılmış ultrasəs müayinəsinin nəticəsində göstərilmiş göbək ciyəsinin birqat dolanması diaqnozuna əsasən qeysəriyyə əməliyyatı aparmamaqda günahlandırırlar.
Arzu Bədəlova iddia edir ki, Mehriban Xanlarova işi "yoluna qoymaq" üçün ondan rüşvət tələb etdiyi üçün və o buna razı olmadığı üçün Mehriban Qaralova ekspert rəylərini saxtalaşdırıb.

Arzu xanımın söylədiyinə görə ekspertizanın başdansovdu rəyləri əsasında müstəntiq Faiq Sultanov həkimin barəsində cinayət işinin başlanılması haqqında tələm-tələsik qərar verərək işi məhkəməyə göndərib.

Halbuki qanuna əsasən hərtərəfli, tam, obyektiv araşdırma aparılmalı idi. Tək ekspertizanın rəyinə əsaslanmaq nə dərəcə düzgündür?

Halbuki vəfat etmiş körpənin valideyni, yəni anası A.Bədəlovanı bu məsələdə günahkar hesab etmir və məhkəməyə də rəsmi şəkildə müraciət edərək ona bəraət verilməsini xahiş edib.

Bundan başqa, iş materiallarında körpənin valideynlərinin Daxili İşlər Nazirliyinə göndərdiyi, müvafiq olaraq TƏBİB-ə göndərilən müraciətlər var. Bu qurumun təqdim etdiyi məktub var.

Orada da bildirilir ki, doğuş zamanı düzgün taktika seçilib. Körpənin ana bətnində xroniki xəstə olduğu da təsdiq olunub. Arzu Bədəlova qeyd edir ki, bütün bunlara əsaslanaraq bu işdə bir qərəz hiss edir və bunun arxasında Mehriban Qaralova durur.

Şikayətçi Arzu Ənvər qızı Bədəlova redaksiyamıza bir səs yazısı təqdim edib. Bu Mehriban Qaralovanın səsidir. Səs M.Qaralova Abşeron Səhiyyə şöbəsinin müdiri işləyərkən qeydə alınıb.

Səs yazısından görünür ki, Mehriban Qaralova hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə, müəyyən qurumlarla necə deyərlər, daim "işbirliyi"ndə olub.
Qeyd edək ki, iş davam edir, artıq Arzu Bədəlovanın kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmədə baxış günü təyin edilib. Şikayətçi həkim xanım Ali orqandan ali ədalət istəyir.

]

Sima Babayeva
Xəbəri paylaş