Azərbaycan, Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərindən keçən bir ölkə olaraq, həm yük, həm də sərnişin daşımalarında əvəzsiz funksiyanı yerinə yetirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi ilə Azərbaycan, Asiya ilə Avropa arasında ticarət və əlaqələri sürətləndirən əsas tranzit ölkəsidir. Bu da ölkəmizi beynəlxalq ticarət axınlarının mərkəzinə çevirir.
Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı, həm daxili, həm də regional iqtisadi əlaqələri gücləndirir. Bakı Limanı, dəmir yolları və avtomobil yolları vasitəsilə, Azərbaycan yalnız quru yolu ilə deyil, həm də dəniz və hava yolu ilə beynəlxalq ticarət əlaqələrində fəal iştirak edir. Bu infrastruktur, ölkəmizin ticarət əlaqələrini genişləndirir və iqtisadiyyatını gücləndirir.
Vüsalə Tağıyeva