Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə amnistiya aktına ehtiyac var

Ölkədə amnistiya aktına ehtiyac var


"Ölkədə yeni amnistiya aktına ehtiyac var. Hesab edirəm ki, Respublika Gününə qədər parlamentdə belə bir qərar qəbul edilə bilər".

Newscenter.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkili deyib ki, indiyə qədər ölkədə bir neçə dəfə amnistiya aktı qəbul edilib, eyni zamanda əfv sərəncamları imzalanıb.

Deputat qeyd edib ki, ən böyük amnistiya aktı Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutub. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq amnistiya aktı reallaşıb:

"Hesab edirəm ki, bu gün belə bir amnistiya aktına ehtiyac var. Bu minlərlə ailəyə sevinc bəxş etmiş olar".

Süleyman
Xəbəri paylaş