"Avropa İttifaqının məntiqinə görə Azərbaycan Ermənistana qarşı təhlükə törədə bilər. Ona görə də Aİ müşahidə missiyası təşkil edib sərhəddə göndəriblər ki, Azərbaycan bunlardan çəkinsin və Ermənistandan yeni ərazilər qopara bilməsin. Gələn müşahidəçilərin də tərkibi bəllidir. Təqaüddə olan keçmiş kəşfiyyat əməkdaşları, polislər və texniki işçilər. Hamısı vaxtı keçmiş, bekarçılıqdan vaxtını öldürməyə yer axtaran adamlar. Avropada sakit həyatlarını qoyub, Azərbaycan sərhəddindəki dağ-dərələrdə veyillənməyi üstün tutan bu insanlar macəra axtarışındadırlar".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, sərhəddən binokulla Azərbaycan tərəfinə boylanmaqdan nə həzz almaq olar?
"Hansı əhəmiyyəti missiya yerinə yetirmək olar? Əslində bu prosesin tək məqsədi Azərbaycanla sülh prosesinə mane olmaqdır. Bu, həm Paşinyanın, həm də Aİ-nın planıdır. Paşinyan buna razılıq verirsə, deməli, planın içərisində o da vardır. Şəxsi qənaətim sadəcə bundan ibarətdir ki, bunların hamısı çarəsizliyin əlamətləridir. Hesab etmirəm ki, həm Aİ, həm də Paşinyan bununla vaxt qazanıb Azərbaycanla revanşa hazırlaşır. Hamı yaxşı bilir ki, bu, mümkün olan məsələ deyil. Amma, fikrimcə, Aİ istəyir ki, Azərbaycan Ermənistanın zəifliyindən istifadə edib bu ölkəni çox əzməsin",
Süleyman