Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh müqaviləsi 2027-ci ildən əvvəl də imzalana bilər

Sülh müqaviləsi 2027-ci ildən əvvəl də imzalana bilər


"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi uzanır. Sülh müqaviləsinin imzalanmasına yalnız Avropa Birliyinin hərbi missiyası təsir etmir, burada Rusiyanın böyük rolunu danmaq olmaz".

Newscenter.az xəbər verir ki, bunları politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, eyni zamanda Türkiyənin barışdırıcı missiyasını da unutmaq olmaz:

"İranın da özünəməxsus maraqlarının olduğunu unutmamalıyıq. Ermənistandakı Aİ-nin müşahidə missiyasının mandatının 2027-yə qədər uzadılması İrəvanın Avropa Birliyinə inteqrasiyasına dəstək vermək, onu Rusiya-İran təzyiqindən qorumağa hesablanıb. Ancaq Ermənistanın sülhə maraqlı olduğu son vaxtlar baş nazir Paşinyanın çıxışlarından da görünür".

Mütəllim Rəhimli hesab edir ki, ABŞ prezidenti Tramp və Avropa İttifaqı da sülh müqaviləsinin imzalanmasına tərəfdardır:

"Bu isə onu deməyə əsas verir ki, sülh müqaviləsi 2027-ci ildən əvvəl də imzalana bilər. Bunun üçün regiona təsir qüvvələri arasında indiki balansda əhəmiyyətli dəyişiklik baş verməlidir".

Süleyman
Xəbəri paylaş