
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu gün Xətai rayonunda vətəndaş qəbulu keçirib.

Newscenter.az-a Pərvanə Vəliyevanın Deputat Ofisindən bildirilib ki, görüş zamanı millət vəkili Xətai rayon sakinlərinin qaldırdıqları məsələləri dinləyərək onların müraciətlərini qəbul edib.

Deputat vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacağını bildirib. Görüşdə, vətəndaşlara operativ xidmət məqsədilə, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Növbəti vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün vətəndaşlar aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər:
+994558113330
Süleyman