Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Türkiyə müttəfiqliyi ona görədir ki.

ABŞ Türkiyə müttəfiqliyi ona görədir ki.


ABŞ heç vaxt Türkiyənin səmimi müttəfi olmayıb. Əlbəttəki bu ittifaq Türkiyə kimi oturuşmuş dövlətçilik ənənəsi və hərbi gücü olan bir dövləti yanında saxlamaqla dünyada və eləcə də regionda mövcudluğunu təmin etməkdir. Suriyada Bəşər Əsəd rejiminin devrilməsində ABŞ və Türkiyənin birgə əməliyatı da özlüyündə bunun sübutudur. ABŞ-ın Türkiyəyə qısqanc və qeyri dost münasibəti rəsmi NATO müttəfiqliyini üstələyir.

Türkiyə dəyərini ABŞ-a tam ödəsə də ABŞ öz "müttəfiq"inə F16 təyyarələrinin Türkiyə verilməsinə belə böyük maneələr yaradıb, hətta sanksiyalar tətbiq edib. Ancaq Türkiyə ilə qeyri-dost münasibətdə olan Yunanıstana ABŞ nəinki F16-ları, eyni ilə F35-ləri heç bir məhdudiyyət qoymadan, çətinlik yaratmadan verir. ABŞ hətta rəsmi müttəfi olmayan Hindistana F35 - ləri verir, ancaq Türkiyə ilə belə razılaşma heç müzakirə də aparılmayıb.

İsrail - Həmas (Fələstin) müharibəsi əslində İsrailin öz ərazilərini, hətta qonşu dövlətlərin torpaqları hesabına böyükləşdirmək planı üzrə başlanılıb və dünyanın əsas güc mərkəzlərindən buna razılıq da alınıb. Qəzzanın köçürülmə istəyi də bu planın tərkib hissəsidir. Fələstinlilərin Qəzzadan köçürülməsinə praktik şəkildə nə aparıcı ərəb ölkələri, nə də İran mane olan deyil. Əksinə, bəzi, fikirlərə görə əksər ərəblər öz dövlətlərinə malikdir, fələstinlərinin ayrı ərəb dövləti qurmağın ehtiyac yoxdur.

Qəzzadan əhalinin digər ərəb ölkələrinə köçürülməsinə qarşı Türkiyənin qəti mövqeyi prosesi müəyyən müddətə dayandırıb. Sözsüz ki, başlanan prosesin bütövlükdə dayandırılması elə də asan olmayacaq. Bu məsələ də ABŞ Türkiyə qarşıdurması həlledici gücə malikdir. Türkiyənin hərbi gücünün artması, nüvə sənayesinə malik olması dünyada yeni beynəlxalq hüquq normalarının tətbiqinə, nizamın formalaşması üçün əsas şərtdir.

Vüqar Dadaşov, politoloq
Xəbəri paylaş