Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnəklər arasında süni mayalanma üsulunu kəşf etmiş azərbaycanlı alim

İnəklər arasında süni mayalanma üsulunu kəşf etmiş azərbaycanlı alim



İlk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş şəxs azərbaycanlı alim, biologiya elmləri doktoru, professor Nəriman Əhmədov olub.

Newscenter.az xatırladır ki, o, 1931-ci il, oktyabrın 20-də Qazax rayonunun Fərəhli kəndində anadan olub.

Nəriman Əhmədov 1938–1945-ci illərdə Fərəhli kənd natamam orta məktəbində təhsil alıb. 1945-ci ildə Qazax kənd təsərrüfatı texnikumuna daxil olub və 1948-ci ilə buranı bitirib. Həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsində təhsilini davam etdirib.

1953-cü ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə göndərilib. Burada heyvanların müqayisəli morfologiyası laboratoriyasında zootexnik, kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışıb.

1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Nəriman Əhmədov ilk dəfə inəklərin arasında süni mayalanma üsulunu da kəşf edib. Bu ekspermentlər Azərbaycanda geniş yayılıb.

O, 160-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, bir kitab və iki ixtiranın müəllifidir.

Nəriman Əhmıdov 2003-cü il yanvarın 8-də Bakı şəhərində vəfat edib.

Mehman Mehdiyev
Xəbəri paylaş