Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru


Bu gün Azərbaycanın ilk qadın riyaziyyatçı professoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Tamilla Nəsirovanın anadan olduğu gündür.

Newscenter.az xatırladır ki, Tamilla Nəsirova 1936-cı il, oktyabrın 20-də Hacıqabul rayonunun Nəvahi kındində anadan olub.

O, Navahı kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada o, 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Tamilla Nəsirova 1958-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülüb. Həmin il aspiranturaya daxil olub, Ukrayna EA-nın Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilir.

Tamilla Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində akademik B. V. Qnedenkonun rəhbərliyi altında "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1980-ci ildə isə BDU-nun tətbiqi riyaziyyat kafedrasına dosent vəzifəsinə seçilib.

Ölkəmizdə ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq məhz T. Nəsirovaya nəsib olub.

Mehman Mehdiyev
Xəbəri paylaş