Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili evi yanmış Şabran sakininə dəstək oldu

Millət vəkili evi yanmış Şabran sakininə dəstək oldu


Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Sincanboyad kəndində yanğın nəticəsində tamamilə yararsız hala düşmüş Təbriz Qurbanova məxsus fərdi yaşayış evinə baş çəkib.

Newscenter.az xəbər verir ki, deputat Mahir Süleymanlı bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili Təbriz Qurbanovun yaşayış şəraiti və üzləşdiyi çətinliklərlə yaxından maraqlanıb.

"Təəssüf ki, baş vermiş yanğın ailənin mənzilini tamamilə yararsız hala salıb. Evini yenidən inşa etməsi üçün ona lazımi dəstəyi göstərərək, ailəsinin normal yaşayış şəraitinə qovuşmasına töhfə verməyə çalışdıq. Ümid edirik ki, bu yardım ailənin tez bir zamanda normal həyat şəraitinə qayıtmasına töhfə verəcək",-deyə Mahir Süleymanlı vurğulayıb.

Süleyman
Xəbəri paylaş