
Suriya məsələsində heç kim bizə vicdan dərsi keçə bilmıəz.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu gün Türkiyəni Suriya siyasətinə görə qınayanlar bu ölkədə Əsəd rejiminin günahsız insanlara qarşı varil bombaları, kimyəvi silahlardan istifadə etməsinə göz yumur, on minlərlə insanın qətlə yetirilməsinə görə səslərini çıxarmırdılar:
"Türkiyənin Suriya məsələsində mövqeyi dəyişməz olaraq qalır. Biz Suriyada sabitlik, istiqrar tərəfdarıyıq və bunun üçün də Suriyanın keçici hakimiyyətinə dəstəyimizi davam etdirəcəyik".
Mehman Mehdiyev