
Braziliyada yarasalarda ölümcül koronavirusun yeni növü aşkarlanıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Braziliyada aparılan yeni bir araşdırma yarasaların bir neçə növ koronavirusa malik olduğunu ortaya çıxarıb. Bu növlər arasında gələcəkdə insan sağlamlığı üçün təhlükə yarada biləcək yeni variant da var. Alimlər bu virusun insanlara yoluxa biləcəyi ilə maraqlanır.
Sözügedən virusun Yaxın Şərq sindromuna (MERS) və yüksək ölüm nisbətinə malik olan koronavirusla oxşarlıqları var. 2012-ci ildə müəyyən edilən MERS-CoV əsasən Yaxın Şərq, Afrika və Cənubi Asiyada yayılıb və indiyədək 858 nəfərin ölümünə səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, MERS bütün məlum insan koronavirusları arasında ən yüksək ölüm nisbətinə malikdir.
Anar Əliyev