Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası Maliyyə Nazirliyi ilə əməkdaşlıq protokolu imzaladı

Hesablama Palatası Maliyyə Nazirliyi ilə əməkdaşlıq protokolu imzaladı


Azərbaycan Respublikası Hesablama Palatasının Təlim Mərkəzi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb.

Newscenter.az xəbər verir ki, protokolun məqsədi Hesablama Palatası və Maliyyə Nazirliyinin əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində dövlət sektorunun qurumlarında çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılmasına töhfə vermək məqsədilə birgə fəaliyyətlər nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş