
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı artıq bir reallıqdır. İldən-ilə Azərbaycanın enerji resurslarına olan tələbatın artması fonunda bunu aydın şəkildə müşahidə edirik. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci görüşü də dediklərimizin əyani sübutu idi".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının nəticələrini şərh edərkən səsləndirib.
İctimai Birlik sədri deyib ki, Azərbaycanın enerji resuurslarına olan tələbatın artması və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verməmiz sözügedən mühüm görüşlərdə iştirakçı olan ölkələrin sayının ildən-ilə artması prizmasında özünü aydın şəkildə təzahür edir:
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sözügedən toplantıda çıxışı zamanı bu fakta diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, Bakıda keçirilmiş sonuncu 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilib. Bu da Azərbaycan üçün əlavə imkanlar deməkdir. Təsəvvür edin ki, bu gün Azərbaycan qazının
ixrac edildiyi 12 ölkədən 10-u Avropa qitəsini əhatə edir ki, onlardan da 8-i məhz Avropa İttifaqının üzvü olan dövlətlərdir".
Arzuman Muradlı deyib ki, Azərbaycanın üstün cəhətlərindöən biri də ondan ibarətdir ki, ölkəmiz təkcə ənənəvi enerji sahələri deyil, eləcə də alternativ enerji mənbələrinin axtarışı, onun inkişaf etdirilməsi istiqamətində ortaya iradə qoyur, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir:
"Dövlət başçımızın qeyd etdiyi kimi Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Eyni zamanda Yaşıl Enerjinin inkişafı istiqamətində də Azərbaycan tərəfi ortaya real iş və yeni imkanlar qoyur. Qarabağ və Şərqi Zərngəzurda Yaşıl Enerjinin inkişaf etdirilməsi üçün kifayət qədər imkanlar var və ümid edirik ki, bu məqsədlə müvafiq beynəlxalq təşkilatlar qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycana dəstək verəcəklər".
Süleyman