
"Terrorsuz Türkiyə üçün səylərimizi davam etdiririk. İnşallah, qarşımpıza qoyduğumuz məqsədlərə nail olacağıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri deyib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qərarlıyıq:
"Artıq uzun illərdir Suriyada ciddi problemə çevrilmiş terrora son qoyulmaqdadır. Suriyada terrora son qoyulması Türkiyənin sərhədlərinin təhlükəsizliyi deməkdir".
Ərdoğan deyib ki, bu günə qədər böyük səbr, qətiyyət və həssaslıqla prosesi idarə etdik:
"Nəticə əldə edənə qədər eyni iradəmizi qoruyacağıq. 40 ildir ki, qanımızı içən, sərvətlərimizi istismar edən, qardaşı qardaşa qarşı döyüşdürən terror bəlasından tamamilə xilas olub terrorsuz Türkiyə hədəfinə çatanda, İnşallah qarşımızda yeni bir səhifə açılacaq və Türk Əsrinin daha bir təməl daşı qoyulacaq".
Süleyman