
Qazaxıstanda dövlət qulluqçularına ChatGPT tətbiqindən istifadənin qadağan edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.
Qurumun mətbuat xidməti xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində dövlət qulluqçularına ChatGPT tətbiqindən istifadənin qadağan edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Açıqlamaya görə, 2024-cü ildə dövlət sektorunda süni intellektdən istifadəyə dair təlimat sənədi təsdiqlənib, lakin bu, təklif xarakteri daşıyır.
“Sənəd ChatGPT tətbiqi də daxil olmaqla, xarici süni intellekt xidmətlərindən istifadəni qadağan etmir, lakin şəxsi məlumatlar, rəsmi və ya məxfi məlumatlarla işləyərkən potensial risklər barədə xəbərdarlıq edir”, -deyə açıqlaçada bildirilir.
Fuad