
Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir.
Newscenter.az-ın məlumatına görə, "Report"un Tiranaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.